Xəbər lenti

 

 Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəlib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlət başçısını salamlayıblar.

Sonra Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası olub.

Prezident İlham Əliyev sessiyada çıxış edib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə etdilər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndirdilər.

Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel Sammitində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib.

Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Bununla da Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb.


*** 16:50

"Şərq Tərəfdaşlığı" proqramının Belçikanın paytaxtı Brüsseldə keçirilən V Sammiti başa çatıb.

"Report"un Belçikaya ezam olunmuş əməkdaşı xəbər verir ki, toplantıda sammitin yekun bəyanatı qəbul olunub. 

Sammitin plenar iclası yekunlaşandan sonra Avropa İttifaqının və proqrama üzv olan ölkələrin liderləri birgə xatirə fotosu çəkdiriblər. 

Daha sonra liderlər sammitin yekunları barədə mətbuat konfransı keçirəcəklər.  


*** 12:00

Brüsseldə Şərq Tərəfdaşlığının V Sammiti işə başlayıb.

"Report"un əməkdaşı xəbər verir ki, sammitin rəsmi açılışında Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın Baş naziri Eri Ratas çıxış ediblər.

Sammitin işində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. 

Bundan başqa, tədbirə Şərq Tərəfdaşlığı proqramına digər üzv ölkələrin - Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın dövlət və hökumət başçıları, Belarusun xarici işlər naziri, həmçinin Aİ ölkələrinin liderləri qatılıblar.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas Prezident İlham Əliyevi salamlayıblar.

Sammit bağlı qapılar arxasında keçirilir, onun nəticələri barədə mətbuat konfransında elan olunacaq.

Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə iştirakçılar 20 prioritet məqsədləri müəyyən edən yekun sənədi qəbul etmək niyyətindədirlər. 

Qeyd olunur ki, proqram iştirakçıları bu məqsədləri 2020-ci ilədək həyata keçirməyi planlaşdırırlar. 




Ana səhifəyə qayıt        Baxış: 594          Tarix: 24-11-2017, 23:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent