Xəbər lenti

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 036          Tarix: 18-12-2017, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma