Xəbər lenti

 

ADR Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu maraqlı təhlil aparıb. Onun facebook səhifəsində dərc etdiyi məqaləsində deyilir ki, hazırkı dövrdə inkişaf təhsilə, elmə və texnologiyaya əsaslanan innovasiya iqtisadiyyatı üzərində qurulub. Alim fikrinin sübutu kimi, Rusiyanın “Qazprom” şirkətinin son on ildə bazar dəyərini yeddi dəfə itirdiyini, innovasiyaya əsaslanan iqtisadiyyatın isə dəyərini on dəfələrlə artırdığını göstərir.

“Əgər 2007-ci ildə Qazpromun bazar dəyəri 336 milyard dollar təşkil edirdisə 10 ildən sonra 53 milyard dollaradək qədər azalıb. Eynilə də 10 il əvvəl 37 milyard dollar bazar dəyəri olan Amazon hazırda 573 milyard dollara sahibdir. Bu siyahıda yer alan şirkətlərdən yalnız Qazprom 10 il ərzində bazar dəyərini 7 dəfəyədək itirib. Bu həm də Rusiyanın da zəifləməsinin göstəricisidir. Bu dövrdə Netflix 1 milyarddan 82 milyard dollara, Facebook 15 milyarddan 525 milyard dollara, Apple 170 milyard dollardan 906 milyard dollara, Google 216 milyard dollardan 753 milyard dollara, Microsoft 323 milyard dollardan 666 milyard dollaradək dəyər qazanıb” –deyə Q.İbadoğlu yazıb.




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 22-12-2017, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma