Xəbər lenti

 

Çərşənbə günü İsrail parlamentində (Knesset) fələstinlilərə ölüm hökmü nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.

Ovqat.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Aviqdor Liberman mətbuata açıqlamasında bildirib.

Nazir qanun layihəsini ABŞ-dakı edam cəzasıyla müqayisə edib və “dünyanın ən demokratik ölkəsinin yoluyla getdiklərini” deyib.

Onun sözlərinə görə, İsrailin bu qanuna ehtiyacı var, çünki, həbsxanada saxlanılan fələstinliləri qurtarmaq üçün silahdaşları mülki və hərbçi yəhudiləri girov götürürlər, beləcə, məhbuslar sövdə predmetinə çevrilir. Nazirin məntiqincə, bu halların qarşısını almaq üçün həbs olunmuş fələstinlilər öldürülməlidir.

Qeyd edək ki, İsraildə ən ağır cinayət törədənlər 100 il cəzaya layiq görülsələr də, edam olunmurlar.




Ana səhifəyə qayıt        Baxış: 828          Tarix: 26-12-2017, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma