Xəbər lenti

 

"Bəzi ölkələrin siyasi maraqları üçün beynəlxalq diplomatiyanın uğurundan imtina edilə bilməz".

Ovqat.com xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İranla bağlanan nüvə sazişinə əməl etməməsinə münasibət bildirərkən deyib.

BMT Təhlükəsizlik Şurasında kütləvi qırğın silahlarının qarşısının alınmasının müzakirə olunduğu iclasda çıxış edən Lavrov İranla bağlanan nüvə müqaviləsinin uğursuz olmasının doğuracağı problemlərdən danışıb, bunun Şimali Koreyaya mənfi mesajlar verəcəyini və bütün beynəlxalq müqavilələrə təsir göstərəcəyini bildirib.

İranla beynəlxalq nüvə sazişi 2015-ci ildə BMT TŞ-nın 5 üzvü və Almaniyanın iştirakı ilə bağlanıb. ABŞ adından Obama hakimiyyətinin imzaladığı bu müqaviləni yeni prezident Donald Tramp qəbul etmək istəmir və ləğv edilməsi lazım olduğunu vurğulayır.

Ötən həftə Tramp hakimiyyəti İrana sanksiya sərbəstliyini 120 gün uzadıldığını bildirilmişdi. Bu qərarın ardından ABŞ Xəzinə Nazirliyi ölkəyə yeni sanksiyalar tətbiq etmiş, 14 şəxs və şirkəti “qara siyahıya” salmışdı.




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 19-01-2018, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma