Xəbər lenti

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib.

 A.Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.

O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib: "Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, T.Yaqublu Milli Şuranın da üzvüdür.

/Report/




Ana səhifəyə qayıt        Baxış: 963          Tarix: 15-02-2018, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma