Xəbər lenti

 

2018-ci il fevral ayının 16-dən 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat 

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. 

- Axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. 

- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

 

DİN Mətbuat Xidməti




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 17-02-2018, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma