Xəbər lenti

 

2018-ci il fevral ayının 20-dən 21-dək daxili işlər orqanlarında 136 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Ovqat.com-un DİN Mətbuat Xidmətindən aldığı məlumatda belə deyilir.

Məlumata görə, gün ərzində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib:

“Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb”.




Ana səhifəyə qayıt        Baxış: 622          Tarix: 21-02-2018, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma