Xəbər lenti
7-12-2018, 18:32

 

Azərbaycan bankları əllərində olan pulu kreditə verməkdə çətinlik çəkirlər. Mərkəzi Bankda keçirilən depozit hərracları da bunu təsdiq edir. Sonuncu hərracda kommersiya bankları 1 milyard manata yaxın pulu Mərkəzi Bankda 14 gün yerləşdirib 8% gəlir əldə etməyə hazır idilər. Mərkəzi Bank isə cəmi 250 milyon manat cəlb etdi.

 

Qeyd edək ki, Fevralın 12-dək depozit hərracları ilə banklardan vəsait təxminən 12%-lə cəlb edilirdi. Mərkəzi Bank bu tarixdən faizləri aşağı saldıqdan sonra avtomatik olaraq hərraclarda da faizlər aşağı düşürdü.

 

"Marja" xəbər verir ki, hərraclarda bağlanılan depozit əqdləri üzrə faizin 12%-dən 8%-ə düşməsinə baxmayaraq bankların hərraclara marağı böyükdür. Banklarda likvidlik həddindən artıq yüksək olaraq qalır. Bu likvid vəsaitlər hələ də tam şəkildə iqtisadiyyata ötürülə bilinmir.

 

Mərkəzi Bankın depozit və not həraclarında faizlər aşağı düşdüyündən banklar da əhalidən cəlb etdikləri əmanətlər üzrə faizləri aşağı salırlar. Çünki artıq banklar cəlb etdikləri vəsaitləri depozit həraclarında və notlarda daha aşağı faizlər ilə yerləşdirirlər.

 

Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı 2018-ci il ərzində pul siyasətini daha da yumuşaldacağını, faiz dərəcələrini aşağı salacağını bəyan edib.

 

Faizlərin hər ay, rüblük və müddətin sonunda götürülməsindən asılı olaraq 1 il (12 ay) dövr üçün Manat əmanəti faizləri

 

Bankı adı

 06.12. 2017

20.02.2018

Access Bank

12,3-13%

9,3%-10% 

AFB Bank

7%

7%

AGBank

13-14%

11%-12%

Amrahbank

9-10%

9-10%

AtaBank

15%

12%

Azər Türk Bank

10,5-11%

7.0%-7,5%

Azərbaycan Beynəlxalq Bankı

9-10%

9%-9.5%

Azərbaycan Sənaye Bankı

12%                             

12%

Bank Avrasiya

13%

9-10%

Bank of Baku

12%

12%

Bank BTB

11-12%

 11-12%

Bank Respublika

7-8%

8,5%-9%

Bank Silk Way

2% (minimal 500 min AZN)

2 %(minimal 500 min AZN)

Bank VTB (Azərbaycan)

11,4-12%

8%

DəmirBank

13-15%

-

Expressbank

10-10,4%

10,0%-10,4%

Günay Bank

12%

9-10 %

Kapital Bank

8-8,5%

7-7,5%

Muğanbank

15%

12,5 %-12,75

Naxçıvanbank

2-4%

2-4%

NBCBank

13-14%

11-13%

Nikoil Bank

 

10-11%

Paşa Bank

Min 30 min, Razılaşma ilə,

Min 30 min, Razılaşma ilə,

Rabitəbank

8-9%

7-9%

TuranBank

16-16,5%

11%- 11.4%

Unibank

9-10%

5 %-9%

Xalq Bank

6%

6%

Yapı Kredi Bank Azərbaycan

11%

8%

Ziraat Bank Azərbaycan

9%

8,5-9%

“Bank Melli İran” 

 

8 %-10% (minimum 5000 AZN)

 

Qeyd: 12-aydan uzun müddətə (18, 24 və 36 ay) yerləşdirilənəmanələr üzrə faizlər 1-2% yüksək ola bilir.




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 21-02-2018, 10:16      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent