Xəbər lenti

  

ABŞ administrasiyası ölkə səfirliyini Təl-əvivdən Qüdsə köçürmə qərarını 14 May tarixində həyata keçirəcək. Bu isə İsrailin qurulmasını bəyan edildiyi günün 70-cı ildönümünə düşür.

Ovqat.com xəbər verir ki, İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrael Katz bunu bildirib.

 Katz öz sosial şəbəkə səhifəsində paylaşdığı statusunda yazıb: “ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Tel-əvivdəki səfirliyini İsrailin qurulmasının 70-ci ildönümündə paytaxtımıza köçürmək qərarı alıb və bu qərarından dolayı  onu təbrik edirəm. Bundan daha böyük hədiyyə yoxdur. Çox ədalətli və ən doğru həmlədir. Sağ ol, dost".  

 ABŞ rəhbərliyi də bu faktı təsdiqləyib.

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək səviyyəli səlahiyyətlisi Anadolu Agentliyinə açıqlamasında deyib:

"May ayında Qüdsdə yeni ABŞ Səfirliyinin açılmasını planlaşdırırıq. Səfirliyin açılışı İsrailin 70-ci illik yubileyinə təsadüf edir”.




Ana səhifəyə qayıt        Baxış: 988          Tarix: 23-02-2018, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma