Xəbər lenti

  

 ABŞ Prezidenti Donald Tramp aylardır aralarında konflikt yaşanan dövlət katibi Reks Tillersonu ən sonunda vəzifədən uzaqlaşdırdı. Yerinə də MKİ Direktoru Mayk Pompeoyu gətirdi.

 Donald Trampun Reks Tillerson ilə arasında bir çox mövzuda fikir ayrılıqları vardı; Tillerson Qətər böhranı zamanı tətbiq olunan sanksiyaların azaldılmasını istəmiş, İran məsələsində “müqavilə şərtlərini yerinə yetirir “- deyərək Ağ evə qarşı çıxmışdı. Bütün bunlar olarkən yerinə gələcək yeni adamların arasında MKİ Direktoru Mayk Pompeonun da adı keçirdi.

 Bununla belə, bu iki ABŞ rəsmisinin razılaşdığı məqamlar da, əlbəttə, vardı. Məsələn, PKK/PYD/YPG-yə baxışları eyni idi. Eyni qərarlar verir, Türkiyənin başını boş vədlərlə qatırdılar. Həm Tramp, həm də Tillerson "müttəfiq" kimi dəyərləndirdikləri Türkiyənin yanında dayanmamaq üçün sanki fikir birliyi içərisində idilər.

 Pompeo da ən azı Tillerson qədər Türkiyə və İslam düşmənidir. Belə ki, ötən illərdə onun dilə gətirdiyi bu sözlər hələ də unudulmayıb: "İran da Türkiyə Prezidenti Ərdoğanın hökuməti qədər demokratikdir. Hər ikisi də İslamçı totalitar bir diktaturadır". Pompeo həm də bu sözü 15 İyul çevrilişindən dərhal sonra dilə gətirmişdi. Türkiyənin həssas olduğu bir dövrdə çevriliş cəhdi başarızlığına üzülmüş kimi bəyanatlar verərək Türk xalqının da reaksiyasını öz üzərinə çəkmişdi.

 Görəsən, yeni dövlət katibi bundan sonra öz fikirlərini dəyişəcəkmi? Xüsusilə Azərbaycan və Türkiyə haqqında son dövrlərdə ABŞ-ın atdığı addımlarda bir geri çəkilmə, yumşalma olacaqmı?

 Bunu hamı birlikdə öyrənəcəyik.

 

 Fatih ÇUBUKCU

Xüsusi olaraq “Hürriyyət” üçün




Ana səhifəyə qayıt        Baxış: 1 669          Tarix: 17-03-2018, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma