Xəbər lenti

  

NATO-nun Qara dənizdəki ən böyük təlimi "Dəniz Qalxanı 2018” (Sea Shield 2018) Rumıniyanın paytaxtı Buxarestdə başlayıb.

 NATO mənbələrindən verilən məlumata görə, təlim 9 maya qədər davam edəcək. Təlimdə 7 NATO müttəfiqi - Türkiyə, İspaniya, Bolqarıstan, Rumıniya, İngiltərə, ABŞ və Yunanıstan iştirak edir.

 NATO Daimi Dəniz Qrupu 2 nəzdindəki 3 dəniz qarovulu təyyarəsi, 5 hərb təyyarəsi və 21 gəmi  təlimlərə qatılacaq.

Təlimin məqsədi müttəfiqlərin təsirli və sürətli hərəkətetmə qabiliyyətini inkişaf etdirməkdir.

Bu il ərzində NATO-nun 106 təlim keçirməsi planlaşdırılır. NATO müttəfiqlərinin isə 180-ə yaxın milli və çoxmillətli təlimlərdə iştirak etməsi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 7-05-2018, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma