Xəbər lenti

 

AMEA Mərkəzi Elmi Kitabxanası və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqaləsi dörd dilə çevrilib.

Kult.az xəbər verir ki, Rasim Balayev haqqında AMEA MEK sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən ərəb,fars, gürcü, türk-dilli vikipediyalarda məqalələr yaradılıb. Məqalələr gürcüdilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəbdilli və farsdilli vikipediyada tərcüməçi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 23-07-2018, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma