Xəbər lenti

 Xəbər verdiyimiz kimi, bu gecə Gəncə stansiyasında Qazax-Ağstafa-Bakı sərnişin qatarı relsdən çıxıb.
Ovqat.com-un hadisədən bir neçə dəqiqə sonra yaydığı bu xəbər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən də təsdiqlənib.
Səhmdar Cəmiyyətin yaydığı məlumatda bildirilir:
"25 iyun 2018-ci ildə gecə saat 00.07-də Gəncə stansiyasında Qazax-Ağstafa-Bakı sərnişin qatarının bir vaqonunun təkər cütü reldən çıxıb.
Bir saat ərzində bərpa işləri görülüb və qatar saat 01.10-da Bakı istiqamətinə yola salınıb.
Hadisə nəticəsində zərərçəkən olmayıb.
Hadisənin nədən baş verdiyi araşdırmalardan sonra məlum olacaq".

http://ovqat.com/manset/22843-gncd-qatar-qzas-qazax-astafa-bak-qatar-relsdn-cxb-txribat-yoxsa-shlnkarlq.html




Ana səhifəyə qayıt        Baxış: 732          Tarix: 25-07-2018, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma