Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılmışdır.

Ovqat.com-a bu barədə məlumat DİN Mətbuat Xidmətindən daxil olub.

Məlumata görə, dünən əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır:

“-Axtarışda olan ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır”.




Ana səhifəyə qayıt        Baxış: 641          Tarix: 28-07-2018, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma