Xəbər lenti

  

2018-ci il avqust ayının 4-dən 6-dək respublikanın Daxili İşlər orqanları tərəfindən gün ərzində 220 cinayət faktı qeydə alınmış, onların da 48-i “isti izlər”lə açılmışdır.

 

DİN-nin Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumatda belə deyilir.

 

Məlumata görə, son iki gün ərzində həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur: 

“Axtarışda olan ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

        - Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 25 nəfər xəsarət almışdır. 

        - Daxili İşlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

        - Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır”.

            

 




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 6-08-2018, 09:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma