Xəbər lenti

 

Oktyabrın 17-də Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham İsmayılov, Respublika Teatr Xadimləri İttifaqının sədri Azər Nemət Paşa və başqaları Azərbaycan teatrının və Mingəçevir teatrının şərəfli inkişaf yoluna nəzər salıblar.

 

Prezident İlham Əliyevin 16 oktyabr 2018-ci il tarixli sərəncamları ilə dövlət təltiflərinə layiq görülənlər təbrik edilib. Qeyd edək ki, həmin sərəncama əsasən Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə teatrın baş rejissoru Xəzər Gəncəliyə "Əməkdar artist" fəxri adı verilmiş, Xalq artisti Zülfüqar Abbasov və Əməkdar artist Akif Mirabov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", eləcə də teatrın daha 5 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilmişlər.

 

Teatrın bir qrup işçisinə Mədəniyyət Nazirliyi və şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Tədbirdə respublikanın müxtəlif teatrlarının kollektivləri yeni tamaşalarından parçalar təqdim ediblər. İncəsənət ustalarının çıxışları da maraqla qarşılanıb. Mərasim boyunca rəngarəng təbriklər səsləndirilib, dünyasını dəyişən aktyorlar yad edilib.




Ana səhifəyə qayıt        Baxış: 1 010          Tarix: 19-10-2018, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma