Xəbər lenti

 

Bu gün İranın Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralananlar isə 24 nəfərə çatıb. Yaralananlar arasında uşaq və qadınlar da var.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə İran İslam İnqilabının Keşikçiləri Korpusunun quru qoşunları komandanı general Məhəmməd Pakpur da gəlib. O bəyan edib ki, terrorçuların bu addımı cavabsız qalmayacaq.

Terror aktına görə məsuliyyəti “Ənsar-əl Furkan” qruplaşması öz üzərinə götürüb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 7-12-2018, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma