Xəbər lenti

  

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Vayt istefaya göndərilib, yerinə Karles E. Summers, Jr. təyin olunub.

Ovqat.com xarici mətbuata instinadən xəbər verir ki, məlumatı Pentaqon yayıb.

Ötən gecə yarısı yayılan yazılı açıqlamaya görə, Pentaqonun İctimaiyyətlə Əlaqələr şöbəsinə 1 Yanvar 2019 tarixindən etibarən Karles E. Summers, Jr. rəhbərlik edəcək.

Qeyd edək ki, Dana Vayt ABŞ-ın bir neçə gün öncə Trampın Suriyadan çəkilmək qərarına etiraz edərək istefa verən Müdafiə naziri Cim Mattis tərəfindən bu vəzifəyə gətirilmişdi. Dana Vaytı hazırda əvəz edən Karles isə onun müavini idi.

Dana Vayt dünən özünün Twitter səhifəsində işdən qovulmasını şərh edən status paylaşıb və qısaca olaraq bildirib:

"Nazir Mattisə, əsgərlərimizə və onları dəstəkləyən bütün mülki şəxslərə xidmət etmək fürsətini mənə həvalə etdiyinə görə ABŞ rəhbərliyə minnətdaram. Bu, mənim üçün böyük şərəf və imtiyaz demək idi”.




Ana səhifəyə qayıt        Baxış: 184          Tarix: 1-01-2019, 09:20      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent