Xəbər lenti

 

Türkmənistanda xəstəxanalar, məktəblər və dövlət qurumlarının ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun saçlarının ağarmış təsvir olunduğu portretini almağa məcbur edilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qeyd olunan qurum və müəssisələrdəki portretlərdə prezidentin saçları qaradır. Ancaq hazırda Türkmənistan liderinin saçlarına kənarlardan “dən düşüb”.

Məlumata görə, xəstəxana, məktəb və dövlət qurumlarının əməkdaşları prezidentin yeni portretlərini beş manatdan almağa başlayıblar. Dövlət başçısının köhnə şəkilləri isə nisbətən ucuz qiymətə - dörd manata satılır.




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 9-01-2019, 12:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma