Xəbər lenti

  

Nərimanov rayonunda yerləşən şəhid Rafiq Nəsrəddinov adına 39 saylı məktəblə birgə Milli Mədəniyyətin Təbliği ictimai birliyi 20 yanvar hadisələrinə həsr olunmuş " Bir dəfə doğulub əbədi yaşayanlar" adlı bədii-sənədli gecə keçirdi.

Gecədə 20-dən artıq ictimai-siyasi xadim, qələm əhli, hərbi qulluqçular iştirak etdi. Tədbiri giriş sözüylə açan məktəbin direktoru Tahirə xanım Şükürova qonaqları salamlayıb 20 yanvar hadisələri haqda məlumat verdi: "Fəxrlə deyirəm ki yeganə məktəbik ki hər səhər himnimizi səsləndirdikdən sonra foyedə şəhidlərin rəsmləri və mıktəbimiz adını daşıdığı Milli Qəhrəmanımız Rafiq Nəsrəddinovun büstü qarşısında təzim edib çiçək düzürük."
Bundan sonra  Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Jalə Cəfərova qonaqlara söz verdi. Çıxış edən qonaqlar xatirələrini söyləməklə yanaşı gənc nəslə öz tövsiyyələrin səsləndirdilər.
Tədbir boyu şagirdlərə yazılı şəkildə sual ünvanlandı. Sualları cavablandıran şagirdlər Qarabağa aid kitabçalar, bukletlər və videoçarxla mükafatlandırıldı.  
"İgid əsgər" mahnısını bütün zal birgə ifa etdi. Qarabağ qazısı "Vətən uğrunda " saytın rəhbəri Rövşən Əhmədlinin 1997 -ci ildə  xüsusi hərbi tapşırıqlı həyata keçirərkən erməniyə əsir düşməmək üçün özlərini partladan yeddi igidimizdən biri Dinar Mustafayevin  ailəsinə hazırladığı  xatirə hədiyyəsini təqdim etdi.
Tədbirin rəsmi hissəsindən sonra bütün qonaqlar çay süfrəsi ətrafında bir daha o illərə qayıtdılar.
Tədbirdə yazıçı, dramaturq, publisist Firuz Mustafa, General İsgəndər Alahverdiyev, polkovnik Xətayi Baxışov, Milli Qəhrəman Quliyev Vahid, 20 Yanvar sədrlər birliyinin sədr müavini  Əliyev Mustafa, polkovnik Hikmət Ağayev, Qarabağ qazisi Həsənov Hüseyn, Şəhid Dinar Mustafayevin anası Firəngiz xanım, bacısı Şəfəq xanım, qardaşı Anar Mustafayev, polkovnik Adil Haqverdiyev, əməkdar jurnalist Əntiqə Qonaq, ictimai fəal həkim İlqar İsmayıloğlu, polkovnik Qurbanov Əjdər, əməkdar müəllimə Məlahət xanım Mürşüdlü, ictimai fəal Dilarə Hüseynli, Hacıyev Nəbi və bir çox tanınmış simalar iştirak etdi.



Ana səhifəyə qayıt        Baxış: 778          Tarix: 16-01-2019, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma