Xəbər lenti

 ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın NATO-dan çıxmaqla bağlı addımlarına mane olan qanun qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qanun layihəsi 357 konqresmen tərəfindən dəstəklənib.

Konqres Trampa rəsmi olaraq NATO-dan çıxmağı qadağan edə bilməz, amma bu məsələdə maliyyələşməni dayandıra bilər. Xatırladaq ki, oxşar taktikanı Konqres Quantanamo həbsxanasını bağlamaq istəyən o vaxtkı prezident Barak Obamaya qarşı da tətbiq etmişdi.

Bundan başqa, konqresmenlər NATO üzvlərini ÜDM-in 2 faizini müdafiəyə xərcləməyə çağırıblar.

Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd Konqresin hər iki palatasında təsdiqlənməli və prezident tərəfindən imzalanmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 23-01-2019, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma