Xəbər lenti
7-03-2019, 22:48

 

Sumqayıt məktəblərindən birində qalmaqal yaşandığı barədə cumhuriyyet.az-a məlumat daxil olub. Məlumata görə bir neçə gün bundan öncə Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Cabbarova ilə övladı həmin məktəbdə təhsil alan valideyn arasında insident baş verib.
Baş verənlər haqda cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə məktəb direktoru insidentdən əvvəl valideynə məktəbin xarab olmuş printerini düzəltdirməyi tövsiyyə edib. Buna heç bir əhəmiyyət verilmədikdə N.Cabbarova şagirdi (11-ci sinif şagirdi olan məktəbli qızın adı və soyadı bizə bəllidir, amma etika qaydalarına uyğun olaraq dərc etmirik-red.) otağına çağırır və ona tez-tez dərslərdə iştirak etmədiyini bildirərək bunun atestat qiymətində əksini tapacağını dilə gətirir. Direktor otağındakı danlaq elə bir həddə çatır ki, şagird özünü pis hiss etməyə başlayır və məktəbə təcili tibbi yardım çağrılır. Bundan xəbər tutan valideynlər də məktəbə gəlir və qalmaqal da bu zaman direktorun otağında baş verir. Mənbənin sözlərinə görə, şagirdin anası ilə direktor N.Cabbarova az qala saçyoldusuna çıxırlar.
Hadisə ilə bağlı daxil olan məlumatda, olayın məktəbin kameralarında da yer aldığı, hətta ilk olaraq direktorun valideynə hücum çəkdiyi əks olunub. Maraqlıdır ki, baş verənlərdən həm Sumqayıt şəhər icra hakimiyyəti, həm də təhsil şöbəsi məlumatlı olsa da hadisə müəmmalı şəkildə gizlədilir. Deyilənə görə, məsələnin ictimailəşməməsi və örtbasdır edilməsində Teymur adlı məsul şəxs xüsusilə canfəşanlıq göstərir. Məsələ ilə bağlı, cumhuriyyet.az olaraq Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Cabbarovanın da mövqeyini öyrəndik. Direktorun təsdiqə daha çox yaxın inkarını olduğu kimi təqdim edirik:
– Nəsibə xanım, bizə daxil olan bir məlumatla bağlı sizin mövqeyinizi…
– Lazım deyil, o məlumat yayılmayacaq heç yerdə.(hansı məlumat, Nəsibə müəllimə, nə bildiz, söhbət nədən gedir?-red) Qadağa qoyulub o məlumatın yayılmağına (məktəb direktoru bütün qanunları heçə sayaraq Azərbaycanda məlumat azadlığına meydan oxuyur-red).
– Valideyinlə sizin aranızda saçyolması olubmu?
– Elə bir şey yoxdur və icra hakimiyyəti də deyib ki bu məlumat kənara çıxmamalıdır.
– Necə kənara çıxmamalıdır? Yəni bu hadisə olub ki, kənara çıxmamalıdır?
– Yox, yox olmamamalıdır, ümumiyyətlə belə bir şey. Yəni məsləhətli şey deyil və belə bir şeyi də yaymayın heç yerə. Bu xəbər yalan söhbətdi. Anlaşılmazlıq olub orda.
– Anlaşılmazlıq olub?
– Bəli.
– Yəni belə bir hadisə olubmu?
– Xeyir belə bir şey olmayıb, səhv məlumatdı.

Mövzunu diqqətdə saxlayacağıq.




Ana səhifəyə qayıt        Baxış: 139          Tarix: 28-01-2019, 11:02      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent