Xəbər lenti

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan “Realliq.info” saytının baş redaktoru İkram Rəhimov yanvarın 21-dən müddətsiz aclıq edir.

Onun doğmaları Turan-a bildiriblər ki, İkram ona qarşı irəli sürülən ittihamlara etiraz olaraq aclıq edir. İ.Rəhimov aksiya barədə DTX rəhbərliyini məlumatlandırıb.

İ.Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra onun həbsinə sanksiya verilib.

O, saxlanmadam öncə bildirib ki, prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.

O, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı (CM-in 182.2.1 və 1822.2-ci maddələri) ilə həbs olunub. Dekabrın 20-də məhkəmə həbs müddətini 2 ay 28 gün uzadıb.

İ.Rəhimov 2016-cı ildə də böhtana görə bir il müddətinə həbs olunmuşdu, lakin vaxtından əvvəl azadlığa buraxılmışdı. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

contact.az




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 28-01-2019, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma