Xəbər lenti

 

Buna rəğmən o, hələ də bir sıra Demokrat namizədə uduzur

ABŞ prezidenti Donald Trampın reytinqi andiçmə mərasimindən bu yana rekord sçırayış edərək yüksək həddə çatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, son dövrlərdə ABŞ iqtisadiyyattında baş verən yüksəliş prezidentin nüfuzunu xeyli artırıb. Hətta Donald Trampa müxalif mövqeyi ilə tanınan “The Washington Post” və ABC şirkətlərinin sifarişi ilə “Langer Research Associates” sosioloji xidməti tərəfindən aparılan sorğular da bunu göstərib.

Buna görə respondentlərin 44%-i Ağ Evin indiki sahibinə səs verməyə hazır olduqlarını bildiriblər. Əks mövqedə dayananların sayı 54% olub. Qalan 3% isə cavab verməyə tələsməyib.

Daha öncələr yuxarıda göstərilən qurumlar tərəfidən keçirilən sorğularda Donald Trampın reytinqi 42%-i keçmirdi. Sonuncu belə göstərici 2017-ci ilin aprelində qeydə alınıb.

Araşdırmaçıların rəyinə görə, respondentlər ən çox prezidentin iqtisadi siyasətini bəyənirlər.

Bu barədə müsbət rəy 51% tərəfindən ifadə olunub. 42% iqtisadi vəziyyətdən hələ də narazıdırlar. Lakin xarici siyasətdə durum tam tərsinədir: 40%-55%. Hər bir halda əhalinin 59%-i dövlət başçısına qarşı Konqres tərəfindən impiçment prosedurunun başlanılmasını istəmir.

Sorğuda Trampın rəqiblərinin də nüfuz göstəriciləri yoxlanılıb. Burada 5 demokrat namzidin adı önə çıxıb. Bunlar keçmiş vitse-prezident Co Bayden, Vermont ştatının senatoru Berni Sanders, Massaçussets ştatının senatoru Elizabet Uorren, Saut-Bend şəhərinin (İndiana ştatı) meri Pit Puttecac və Kaliforniya ştatından senator Kamal Harrisdir.

Sorğu Donald Trampın bu namizədlərin hər birinə uduza biləcəyini nümayiş etdirib. Məsələn Co Baydenin prezidentə 55%-41%, Berni Sandersin 51%-45%, Elizabet Uorrenin 51%-44%, Kamala Harrisin 51%-43%, Pit Buttecacın isə 48%-44% nisbətlə udmaq şansı var.

 

 




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: 8-07-2019, 09:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent