Xəbər lenti

 

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki Ermənistan ordu birləşmələrinin keçmiş komandanı Samvel Babayan Qarabağla Ermənistan arasındakı yolu bağlamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Məlumata görə, Babayan Qarabağdakı separatçı rejimin “konstitusiya islahatları”na etiraz olaraq bu addımı atmaq niyyətindədir.

Separatçı ordunun keçmiş komandanı son zamanlarda Qarabağdakı vəziyyətin gərginləşməsindən də şikayət edib, baş verənlərə görə Qarabağdakı separatçıların başçısı Bako Saakyanı günahlandırıb.

Erməni KİV 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş ordunun komandanlarından biri olan Samvel Babayanı Saakyan rejimini devirməyə cəhd etməyə çalışdığını iddia edib.




Ana səhifəyə qayıt        Baxış: 563          Tarix: 25-07-2019, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma