Xəbər lenti

 

Suriya Türkiyə ilə anlaşsa və ordusunu Fərat şərqinə çəksə, bölgədə nə ABŞ, nə də YPG qala bilər. Kaş ki, bu işbirliyi baş tutsa.

Axar.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı bildirib.

"Türkiyənin Fəratın şərqinə hərəkatı reallaşdırmaq üçün bu qədər gözləməsinin səbəbi ABŞ ilə anlaşma ehtimalının olması idi. Türkiyənin istəyi 500 kilometrlik sərhədində bir kürd dövlətinin qurulmamasıdır. Ankara kürd silahlı qrupları təhlükəsizliyinə təhdid olaraq görür. Türkiyə bu hərəkatı başlatmaq gücünə sahibdir, ancaq əsas olan sonrakı prosesi idarə etməkdir", - Hakkı qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 5-08-2019, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma