Xəbər lenti

 

Sabiq baş nazir, AXP sədri Pənah Hüseynin “Yeni Müsavat”ın ötən sayında gedən açıqlamaları siyasi gündəmdə zəlzələ effekti yaradıb. Müsavat Partiyasının başqanı Arif Hacılının 26 il öncə paylaşdığı videoçıxışına münasibət bildirən sabiq baş nazirin açıqladığı iki fakt kifayət qədər diqqət çəkib.

P.Hüseyn 1993-cü il 9 fevralda Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov və o zaman müdafiə naziri olan Rəhim Qazıyevin xəyanətkar elan olunmaları ilə bağlı AXC İcraiyyə Komitəsinin qəbul etdiyi bəyanatın televiziyada səsləndirilməsindən sonra R.Qazıyevin ona zəng etdiyini deyir.

Sitat: “Sənəd TV-də oxunandan bir qədər sonra o vaxtkı müdafiə naziri mənə zəng edib. Olduqca emosional formada etiraz bildirib. Hətta sonda, ola bilsin emosional çılğınlıq halının təsiri ilə və yəqin ki də belə olub, hərbi təyyarələri qaldırıb Prezident Aparatının binasını bombalamaqla hədələyib”.

PÉnah Hüseyn ile ilgili görsel sonucu

Sabiq baş nazirin açıqladığı ikinci fakt daha ilgincdir. O, 1993-cü ilin fevralında Gəncədə baş verən hadisələrlə tanış olmaq üçün ora gedən mərhum prezident Əbülfəz Elçibəyin geri qayıdarkən təyyarəsinə atəş açıldığını bildirir: “Ali Sovetin sədri İsa Qəmbərlə məsləhətləşmədən sonra prezidentin Gəncədən təcili olaraq Bakıya qayıtması qərara alınıb. Üzərində geniş dayanmayaraq qeyd edirəm ki, prezident təyyarəsinin Gəncə hava limanından uçmasının qarşısının alınmasına cəhd edildi və prezident təyyarəsi ekstremal bir vəziyyətdə qaranlıq hava limanından havalandı və təyyarənin uçuş marşrutu ənənəvi olmayan xətt üzrə həyata keçirildi. Yəni təyyarə Mingəçevir su anbarı üzərindən dövrə vurmadı. Sonrakı günlərdə Mingəçevir su anbarını mühafizə edən S20 raketlərindən birinin prezident təyyarəsinə atıldığı məlumatı gəldi. Rəsmi təhqiqat başlanıldı, cinayət işi açıldı və həmin cinayət işinin materialları saxlanır. Bir məsələni qeyd edim ki, prezident təyyarəsinin vurulması planı heç cür AXC İcraiyyə Komitəsinin bəyanatı ilə bağlı ola bilməzdi. Bir neçə saat ərzində bu cür planı hazırlayıb, icra etmək qeyri-mümkün məsələdir. Bu baxımdan ola da bilər ki, AXC İcraiyyə Komitəsinin bəyanatının açıqlanması daha dəhşətli sui-qəsd planını pozmuş oldu”.

RÉhim Qazıyev ile ilgili görsel sonucu

Rəhim Qazıyev “Yeni Müsavat”a açıqlamasında Pənah Hüseynin dediklərinə cavab verdi: “Allah ona ağıl versin. Ölkənin bu qədər ağır vaxtında gör nədən söz açırlar. Onun dediklərinə bir daha təəssüf edirəm. Arif Hacılı açıqlama verir ki, Surət Hüseynov Elçibəyçi idi. Bütün bunlar nəyə xidmət edir, bilmirəm. Sizlərin də bir neçə dəfədən sonra yadına düşüb ki, Rəhim Qazıyevin cavab haqqı var. Qısacası onu demək istəyirəm ki, Pənah, nə demək istəyirsən? Onunla telefonla o zaman danışanda kəskin şəkildə fikirlərimi ifadə etmişəm. 26 ildən sonra belə fikirləri demək ayıbdır. Rəhim Qazıyev partladan olsaydı, partladardı ki, ovcumuzun içərisində olan qələbə sizin əməllərə görə məğlubiyyətlə əvəzləndi. Onu deyim ki, 19 fevral 1993-cü ildə üçüncü ərizəmi yazıb istefaya getdiyim günə qədər biz qeyrətli, namuslu balaların qanı hesabına Dağlıq Qarabağın ümumi ərazisinin 52%-ni azad etmişdik, rus ordusunun sürətlə Azərbaycandan çıxarılmasına nail olmuşduq. Bu təkcə mənim xidmətim deyildi. Qeyrətli balalarımızın hesabına erməni köpəklərini it balası kimi qovurduq, Xankəndinin 8-10 kilometrliyinə çatmışdıq. Məndən sonra bir metr torpaq almayıblar. Aldığımız mövqeləri saxlaya bilmədilər. Pənahgilin təkidi ilə mən istefa verəndən qısa zamandan sonra Kəlbəcər getdi. 9 fevral bəyanatının verilməsinin əsas səbəbi o idi ki, Rəhim Qazıyev nüfuzunu itirsin, Surət Hüseynov imkanlarından məhrum olsun, bunlar biabır olub çıxsınlar, amma cəhənnəm məğlubiyyət olsun. Pənah indi islahat ideyasını ortaya atıb, istəyir ki, deputat mandatı alsın. 26 il öncə dövlət rəhbərliyindəki üç adamdan biri sən idin. Digəri isə İsa Qəmbər və Əbülfəz bəy idi. Niyə həbs etmirdiniz? Deyirsiniz ki, cinayət işi qaldırıldı. Prezidentin təyyarəsinə raket açıldı. Bununla bağlı indi də cinayət işi durur. Həmin hadisədən sonra 4 aya yaxın bunlar hakimiyyətdə oldular.

RÉhim Qazıyev ile ilgili görsel sonucu

Əgər bu müddətdə prezidentin həyatına qəsd edənlərə cinayət işi qaldırıb, cinayətkarları ortaya qoymamısınızsa, prezidentin ən qəddar düşmənləri siz olmusunuz. Qaldırdığınız cinayət işi bu günə qədər də durur. Sizin hakimiyyətdən sonra həbs edildim. Əgər barəmdə o hadisə ilə bağlı cinayət işi olsaydı, məni sağ buraxardılar? O qədər qondarma ittihamlara nə gərək var idi? Pənah Hüseynə çox təəssüf edirəm. Ona ayıb olsun. 26 ildən sonra bunun mahiyyəti nədir? Doğrudan da buna məəttəl qalıram. Ad da qoya bilmirəm. Bugünkü gündə bunun məqsədi nədir? Məsuliyyətimlə bunu deyirəm ki, hazırda Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü və xalqımızın taleyi ən böyük təhlükə altındadır. Buna Pənah Hüseyn niyə münasibət bildirmir? Jurnalistlər ona sual verməyə bu qədər acizdirlər? Başa düşmürəm ki, qarpızın bu qədər bazarda xod getdiyi vaxtda Pənah Hüseyn gedib niyə alveri ilə məşğul olmur? Bir daha deyirəm ki, onun dediyi telefon söhbətində ona ağır sözlər demişəm. Mən axmaq deyiləm ki, gecə-gündüz uğrunda  mübarizə apardığım vətənə və dövlətçiliyimizin simvolu olan Prezident Aparatına bomba atam. Mən heç vaxt ağlımı itirməmişəm. İtirmək də fikrim yoxdur. Əbülfəz bəy həmin vaxt Gəncədə idi. Ağdərədə ağır vəziyyət yaranmışdı. Ölkə prezidentinə qarşı edilən hörmətsizliyə görə yerindəcə tədbir görülməli idi, amma bunlar onu görmədilər. Mənim elmi dərəcəm var. Pənah Hüseynin özündən və papkasından başqa heç nəyi yoxdur. Onlar partiya yarada bilirdilər, mən yox? İndiyə qədər nə partiya yaratmışam, nə də bir partiyanın üzvü olmuşam. Pənahdan vicdanı qarşısında oturub hesabat verməyi xahiş edirəm. Mən heç vaxt kiməsə sui-qəsd planı hazırlamamışam. Əbülfəz bəylə çox kəskin mübahisələr etmişəm, bizim mübarizə yoldaşımız idi. Pənah Hüseyn hamıdan yaxşı bilir ki, mən müdafiə naziri olaraq qalsaydım, Əbülfəz bəyi devirməkdən ötrü mənim meyitim üstündən keçərdilər. Mən atamın oğluyam. O, mənim Ali Baş Komandanım idi.

RÉhim Qazıyev ile ilgili görsel sonucu

Dövləti cinayətin müddəti yoxdur, məsələni qaldırsın, istintaq orqanlarına rəsmi müraciət etsin. Mən heç vaxt kiminsə sualından qaçmamışam. Müdafiə naziri olan vaxt canımla, qanımla çalışırdım ki, qələbə qazanım. Daxildə olan xəyanətlər sonda məğlubiyyətə gətirib çıxardı. Pənah Hüseynin sayıqlamaları gündəm olur, manşetlərə çıxır. Ya 2005, ya da 2006-cı il olardı, onunla sizin qəzetə debata gəlmişdim. Həmin Pənah Hüseyn açıq şəkildə demişdi ki, Fərəcin bəyanatını bu əllərimlə yazmışam. Özündən soruşun, desə ki, yalandır, zəng edin mənə deyin. Bəyanatı yazmaqda məqsəd nə idi? Prezidentin təyyarəsinə raket atılandan sonra açılan cinayət işi niyə sona qədər aparılmadı? Bundan sonra Əbülfəz Elçibəy 4 ay hakimiyyətdə oldu. Pənah Hüseyn o cinayət işini niyə sona çatdırmadı? Onlara nə mane oldu? Ortada bu söhbətlər var”.

ElçibÉy iqtidarının baÅ prokuroru olmuÅ Ä°xtiyar Åirin ile ilgili görsel sonucu

Elçibəy iqtidarının baş prokuroru olmuş İxtiyar Şirin cinayət işinin üstünü aça bilmələrinə bu cür aydınlıq gətirdi:“Cinayət işini biz qaldırdıq. Hakimiyyətimizdən sonra cinayət işi bir tərəfə atıldı. İstintaq dayandırıldı, çünki onların hamısı Surət Hüseynova aid adamlar idi. Bizdə olan materiallara görə Mingəçevir su anbarını mühafizə edən Hava Hücumundan Müdafiə Qüvvələri Əbülfəz Elçibəyin təyyarəsinə raketdən atəş açmışdılar. Bu, Surət Hüseynovun və Rəhim Qazıyevin əmri ilə baş tutmuşdu. Cinayət işinin istintaqını ona görə tam başa çatdıra bilmədik ki, o quldur dəstəsinə tam yaxın getmək mümkün deyildi. Həmin hadisədən sonra Kəlbəcərin işğalı baş verdi. Başımız başqa işlərə qarışdı. Daha ciddi və vacib işlər idi. Nəticədə o cinayətkar qrupun tam şəkildə ifşasına nail ola bilmədik. Məhz bunun nəticəsində Gəncə hadisələri baş verdi. Ölkənin siyasi rəhbərliyinin humanist davranışları da cinayətkar qrupun ram edilməməsinə səbəb olan amillərdən biri idi. Əbülfəz bəy istəyirdi ki, bu məsələlər konkretləşmə ilə yoluna qoyulsun.

Məhz bu səbəbdən ola bilsin ki, bu məsələdə ciddi, qəti qərarların lehinə deyildi. İstəmirdi ki, bu adamlara qarşı çox ciddi qərarlar qəbul olunsun. Ona görə məsələni kökündən qazıyıb birdəfəlik həll etmək mümkün olmadı. Təyyarəyə atəşi açanlar deməli idilər ki, bu əmri kim verib. Onlar Surət Hüseynovun dəstəsində olduqları üçün onları həbs etmək, dindirmək mümkün olmadı. Amma müəyyən istintaq hərəkətləri aparılmış, bəzi məsələlər aydınlaşdırılmışdı. İşi hərbi prokurorluq aparırdı. Həmin prokuror da mərhum Rövşən Əliyev idi. Orada müəyyən qətiyyətsizlik var idi. Bu qətiyyətsizlik sonralar meydana çıxdı. Məlum oldu ki, qanunun tərəfində durmayıblar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 20-08-2019, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma