Xəbər lenti

 

Qax rayonu ərazisinə ilk qar yağıb.
Ovqat.com "Oxu.Az”a istinadən xəbər verir ki, rayonunun dağlıq ərazilərində ilk qar yağıntısı düşüb.
Qar rayonunun yüksək dağ kəndlərində havanın temperaturunu aşağı salıb.
Kənd sakinləri bildirir ki, artıq bir neçə gündür dağların başı qarlıdır. Ancaq zirvələrdə qatı duman olduğundan bunu gözlə görmək həmişə mümkün olmur.
Qeyd edək ki, qarın yağdığı dağ zirvələri dəniz səviyyəsindən 3500 metr yüksəklikdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, sentyabrın 10-u gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olacağı ilə bağlı öncədən proqnoz verilib:
"Hazırda Qax və Şəki rayonlarında çiskinli yağış müşahidə edilir. Temperatur 12-14 dərəcə arasında dəyişir".
G.Məmmədova əlavə edib ki, sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb.





Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: 10-09-2019, 23:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent