Xəbər lenti

 

Bir çoxlarımız “Lalələr" mahnısını eşitmişik. Əksəriyyət bu mahnının təbiətə həsr olunduğunu güman edir. Amma məsələ heç də düşünüldüyü kimi deyil.

“Lalələr” mahnısı 1918-ci ildə Azərbaycanı daşnak-bolşevik işğalından azad etmək üçün gələn Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə ithaf edilib.

Ermənilərin soyqırımı törətdikləri bir zamanda Azərbaycan əhalisi çətin sınaq qarşısında qalmışdı. Belə bir zamanda əhali xilası üçün ümidini Qafqaz İslam Ordusuna bağlamışdı.

SSRİ zamanında isə bu mahnının motivini anlamamaq üçün bir söz dəyişdirilib.

Osmanlıdan kömək istəyəcək olan heyətə Nağı Şeyxzamanlı rəhbərlik edirdi. N.Şeyxzamanl öz xatirələrində yazır:

“Ənvər Paşadan Qafqaza göndəriləcək ordunun başına Nuru Paşanın keçməsini istədim. Ənvər Paşa bizi incitmədən təklifimizi qəbul etdi. Türk ordusu Azərbaycana gəldikdə xalq yola tökülür və ordunu həvəslə salamlayırdı”.

1918-ci ilin 25 mayında Gəncəyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə ordunu döyüşə hazırlamağa başlayır.

Osmanlı ordusu Gəncəyə girərkən minlərlə əsgərin başlarındakı fəs və fəsin ucundakı saçaqlar laləyə bənzədilib.

“Yazın əvvəlində Gəncə çölündə” - Bu sözlərlə başlayan musiqi, əslində, Qafqaz İslam Ordusunun Gəncəyə 1918-ci il may ayında daxil olduğuna işarədir.

Musiqinin sonlarında isə deyilən “Nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiniz bizə lalələr” sözləri çətin vəziyyətdə olan xalqın türk ordusunu həsrətlə gözlədiyini bildirir.

SSRİ zamanında mahnıdakı “Bakı” sözü senzuradan keçmir. Ona görə də bu, mahnının son misrasında “Nə vaxtdır Rəşidin gözü yoldadır” formasında oxunub. Çünki “Lalələr” mahnısının məşhur ifaçılarından biri korifey sənətkar Rəşid Behbudov olub.

2018-ci ilin sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərkən “Lalələr” mahnısının tarixçəsindən söz açıb.

Türkiyə lideri “Lalələr” mahnısı barədə danışaraq bəstədə türk ordusunun Gəncədən Bakıya yürüşünün və şəhərin xilasından bəhs edildiyini bildirib.

“Azərbaycanın məşhur “Lalələr”  mahnısının kədərli hekayəsi var. Bu, qardaşlarımızın çəkdiyi əziyyətin və Qafqaz İslam Ordusunun könüllərdə səbəb olduğu gözəlliyin təmsilidir”, - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb.

“Gəlincik Azərbaycan dilində lalə deməkdir. Şair Telman Hacıyev hisslərini sətirlərə tökərək bu mahnını bəstələyib”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Qeyd edək ki, mahnının sözləri Aslan Aslanova, musiqisi isə Telman Hacıyevə aiddir.




Ana səhifəyə qayıt        Baxış: 72          Tarix: 15-09-2019, 14:34      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent