Xəbər lenti

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında qərarı təsdiqləyib.

Qərarı Muxtar Respublikanın Baş Naziri Əlövsət Baxşıyev imzalayıb.

Qərara əsasən, qəbiristanlıqlar 3 ay müddətində müvafiq bələdiyyələrə təhvil veriləcək. Eyni zamanda, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələblər müəyyənləşib. Yeni qəbiristanlıqlar isə yalnız qəbiristanlıq köçürüldükdə, bağlı elan edildikdə və ya yeni yaşayış məntəqəsi salındıqda salınacaq. Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən ediləcək.

Qəbiristanlıqların məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında,müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında, dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında salınması qadağan olunub. Eyni zamanda, qəbiristanlığın ərazisində su quyularının qazılmasının və meyvə ağaclarının əkilməsinin qadağan edilib.

Bununla yanaşı qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılacaq və qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğular, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otaq, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yeri tikiləcək.

Qərarda qeyd olunub ki, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunacaq. Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, Naxçıvan Muxtar Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılacaq/Report.




Ana səhifəyə qayıt        Baxış: 57          Tarix: 17-09-2019, 15:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent