Xəbər lenti

 

 

Bu gün Azərbaycanın ən dəyərli diplomatı, Xarici İşlər nazirinin müavini Xələf Xələfovun 60 yaşı tamam olur.

Uzun illər XİN-nin müavini vəzifəsini icra edən X.Xələfov nazirliyin bütün diplomatik yükünü öz çiyinlərində daşıyan şəxsdir.

1997-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini olan Xələf müəllim ölkəmizin ən ümdə problemi - Dağlıq Qarabağ müzakirələrinin baş aktyoru, xarici siyasət strategiyamızın hazırlanmasının əsas müəllifidir. Təsadüfi deyil ki, 21 illik ağır diplomatik fəaliyyətini nəzərə alan ölkə başçısı 2018-ci ildə onu vəzifəsindən azad edərək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri postuna gətirsə də, XİN-də yaranan Xələfov boşluğunu doldurmaq mümkün olmamışdır. Ötən il vəzifəsindən uzaqlaşdırılmasının elə ilk günlərdən uzaqdan sezilən bu boşluq Xələf Xələfovu yenidən əvvəlki vəzifəsinə qaytarmaqla  doldurulmuşdur. Beləcə, onun xarici siyasətdə əvəzolunmaz adam statusu rəsmən təsdiqlənmişdir.

Biz Ovqat.com kollektivi adından bu dəyərli diplomatı 60 illiyi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Xələf Xələfovun avtobioqrafiyası

 

21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977-1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır.

1983-1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi.

1990-1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.

1991-1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi.

1992-1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi.

1997-2018 Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.

2018-2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.

 

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.

 

2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Ötən gün isə 60 illik yubileyi münasibətilə o, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülmüşdür.

Alman və rus dillərini bilir.

Evlidir, iki övladı var.




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 21-09-2019, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma