Xəbər lenti

 

10 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda erməni cinayətlərinin izi və iddiaları” adlı layihə əsasında Layihənin rəhbəri və müəllif Nizami Muradoğlunun (Məmmədov) çapa hazırladığı “Qədim Türk Yurdu Naxçıvan” kitabının AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında təqdimat mərasimi olmuşdur.

Ovqat.com-a bu məlumat ictimai birliyin mətbuat xidmətindən verilib.

 

Məlumatda təqdimat mərasimi keçirilən kitabın məzmunu barədə də bəhs edilib:

““Qədim Türk Yurdu Naxçıvan” adlı kitab tarixi faktları özündə əks etdirən mə­qa­lə­lər top­lu­su­dur. Əsərdə er­mə­ni­lə­rin Naxçı­van diya­rı­na köçürülmə­si, bu­ra­da yer­ləş­dik­dən son­ra on­la­rın tö­rət­dik­lə­ri vəh­şi­lik­lər, qan­lı müha­ri­bə­lər haqqında oxuculara geniş məlumat verilir.

 Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli nəşrin elmi əhəmiyyəti haqqında dinləyicilərə geniş məlumat vermişdir. İştirakçılardan fil.e.doktoru. prof. Əlizadə Əsgərli, fil.e.doktoru. prof. Allahverdi Məmmədli, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat e.doktoru. prof. Əyyub Quliyev, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli, kitaba rəy verən tarix ü.f. doktoru Kamran İsmayılov, fil.ü.fəlsəfə doktoru, şair Adilə Nəzər, yazıçı Səfər Alışarlı, tarix elmləri doktoru Rüfət Quliyev, kömrük məsələri üzrə Azərbaycanda ilk fəlsəfə doktoru Cabir Həsənov, Azərbaycan Radiosunda şöbə müdirinin müavini Kamil Məhərrəmoğlu, fil.elmləri doktoru Yaşar Qasımbəyli, fəlsəfə elmləri doktoru Rəfayel Əhmədli, fil.ü.f.doktoru Aynur Cəlilova, fil.ü.f.doktoru Oruc Əliyev və başqaları çıxış edərək kitabın elmi-tarixi əhəmiyyətindən danışıb müəllifə daha böyük uğurlar arzuladılar.

 

Tədbirin sonunda Nizami Muradoğlu iştirakçılara minnətdarlığını bildirdi”.




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 10-10-2019, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma