Xəbər lenti

 

“Türkiyə qədər heç bir ölkə Yaxın Şərqdən hücumlara məruz qalmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq deyib.

Alyans başçısı Suriyada anti-terror əməliyyatlarına başlayan Ankaraya dəstək nümayiş etdirib:

“İŞİD bizim ortaq düşmənimizdir və hələ də təhlükəlidir. NATO Suriyanın şimalında yer almır, buna görə də YPG məsələ ilə əlaqədar müttəfiqlər arasında fikir birliyi yoxdur.

Amma NATO Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi üçün gördüyü tədbirləri dəstəkləyir. NATO üzvlərdən heç biri Türkiyə qədər Yaxın Şərqdən gələn hücumlara məruz qalmayıb. NATO-dakı müttəfiqləri Türkiyəni dəstəkləməyə davam edəcək. Türkiyə hamımız üçün önəmli bir mübarizənin ön cəbhəsində yer alır”.

“Barış pınarı” (“Sülh çeşməsi”) antiterror əməliyyatı NATO-nun cənub-şərq sərhədini təhdid edən terrorun bitməsi məqsədi daşıyır”.

Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuat üçün açıqlamasında bildirib.

O, baş katibə antiterror əməliyyatı barədə məlumat verdiyini deyib: “İttifaqımız və müttəfiqlərimizin ölkəmizlə güclü müqavimət göstəməsindən gözləntilərimizi bir daha vurğuladıq. Türkiyə boynuna ağır yük götürüb. "Türkiyənin qanuni narahatlığını başa düşürük” demək yetərli deyil. Bu istiqamətdə fəaliyyəti açıq və qəti şəkildə görmək istəyirik”.




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 11-10-2019, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma