Xəbər lenti

 

Türkiyə məsələsində hər an yeni xəyallara düşən ABŞ prezidenti Donald Tramp indi də YPG silahlılarını Barış pınarı əməliyyatının aparıldığı bölgədən çəkilməyə çağırıb.

Ovqat.com xəbər verir ki, prezident bu çağırışını Vaşiqtonda seçiciləriylə görüşdə səsləndirib.

O, ümid etdiyini bildirib ki, kürd yaraqlılar əməliyyatın aparıldığı bölgəni könüllü tərk edəcəklər: “Çünki onların Türkiyənin hava gücünə qarşı dirəniş şansları yoxdur".

 Çıxışında Suriyadan çəkilmə qərarını müdafiə edən ABŞ Prezidenti deyib: “Əsgərlərimiz 50 il daha Suriyada qala bilməzdi. Biz heç öz sərhədimizə nəzarət edə bilmirik. Suriya-Türkiyə sərhədini nəzarət etməyimiz mümkün deyil”.

Tramp bu dəfə də sözünü sanksiyalara gətirib. Deyib ki, Türkiyə dini azlıqları qorumaq, o cümlədən digər məsuliyyətlərini yerinə yetirməsə sanksiyalara məruz qalacaq.




Ana səhifəyə qayıt        Baxış: 445          Tarix: 13-10-2019, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma