Xəbər lenti

 

“Oktyabrın 19-da Milli Şuranın keçirdiyi icazəsiz mitinq bir daha onu göstərdi ki, müxalifətin məqsədi ölkədə xaos, özbaşınalıq yaratmaqdır”. 



Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüstəm Xəlilov Bakıda keçirilən razılaşdırılmamış aksiya barədə danışarkən deyib.

 

Deputat bildirib ki, mitinq təşkilatçıları Bakı Meriyasının ayırdığı yerə - Lökbatana getsəydi, xoşagəlməz hadisələr və qarşıdurma da baş verməzdi:

 

“Ay müxalifət, mitinq keçirtmək istədin, sənə Lökbatanda yer ayrıldı. Niyə orda gedib aksiyanı keçirmədin?! İnsanların rahatlığını pozmağa nə cürətiniz var, axı?! "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla və ölkə Konstitusiyası ilə hər bir Azərbaycan vətəndaşı, ictimai-siyasi qurum sərbəst toplaşmaq azadlığından istifadə etmək, yararlamaq hüququna malikdir. Ötən illər ərzində də bu hüquqdan istifadə edilməsi üçün hər cür şərait yaradılıb.  Yəni kimsənin, heç bir qurumun sərbəst toplaşmaq azadlığı hüququndan yararlanmasına zərrə qədər məhdudiyyət, qadağa qoyulmayıb. Onlara yer ayrıldı, getmədilər...


Onsuz da Azərbaycana heç bir diktə, təzyiq keçmir, o dövr  çox geridə qalıb. Kimsə güclü, qüdrətli Azərbaycanla diktə dilində danışa bilməz".


Rüstəm Xəlilovun sözlərinə görə,  qanunsuz təşkil edilmiş aksiya zamanı polis üzərinə düşən işi görüb:


“Oktyabrın 19-da Milli Şura adlanan qüvvənin, radikalların Bakı şəhərində növbəti dəfə qanunsuz aksiyaya cəhd etməsi qarşıdurmaya səbəb oldu. Razılaşdırılmamış aksiyanı  keçirməklə göstərdilər ki, onlar üçün qanunların heç bir əhəmiyyəti yoxdur, demokratiya da qətiyyən onları maraqlandırmır. Hesab edirəm ki, icazəsiz təşkil edilən mitinqdə polis asayişçiləri ən doğru olanını etdilər. Əgər polis gücləndirilmiş iş rejiminə keçməsəydi, vəziyyət daha da pis ola bilərdi”.




Ana səhifəyə qayıt        Baxış: 310          Tarix: 21-10-2019, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma