Xəbər lenti

 

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, Həşmətullah Fəlahat Pişənin sözlərinə görə, İranın neft satışları 20 dəfə azalıb.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü hesab edir ki, ölkənin Xarici İşlər Nazirliyi bu vəziyyətdən çıxış yolu tapmalıdır.

Millət vəkili deyib: İranın neft satışları 20 dəfəyədək azalıb və Xarici İşlər Nazirliyi vəziyyəti dəyişmək üçün “müəyyən strategiya planlaşdırmalı və elə etməlidir ki, ölkəmiz iqtisadiyyatın kiçildiyi birinci ildə əhalinin problemlərinin bir hissəsinin həlli istiqamətində yeni addımlar atmalıdır”.

Noyabrın 5-də Parlamentin “Xaneye mellət” saytına müsahibə verən millət vəkili prezident Həsən Ruhani tərəfindən nüvə öhdəliklərinin azalmasının dördüncü mərhələsinə başlanıldığının elan edilməsi ilə bağlı suala cavabında deyib ki, onun fikrincə, nüvə sazişi “Qış yuxusuna” gedib və “dördüncü addımın hərəkətə başlaması nüvə sazişinin getdiyi qış yuxusunu pozmaq və yeni şərait yaratmaq üçün kifayət qədər ciddi deyil”.

Onun bildirdiyinə görə, bu yuxu Həsən Ruhaninin nəticəsiz Nyu-York səfərindən sonra başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 24          Tarix: 7-11-2019, 10:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent