Xəbər lenti

Hacı Salayevin adı da parlamentin “lal deputatları” siyahısındadır. Jurnalistlərin belə üzünü görüb, səsini eşitmədikləri deputatlardan biri də Sumqayıt-Abşeron seçki dairəsindən mandat almış Hacı Salayevdir.
Yenə, Qoqolun “Ölü Canlar” əsəri yadımıza düşdü. Deputatın nə dərəcədə tanınması haqda jurnalistlər sorğu da aparıblar. Məlum olub ki, onu kimsə tanımır, hətta hakim partiyanın qəzetlərini təmsil edən yazarlar belə. “Deputat Hacı Salayevin Milli Məclisin iclaslarında çıxışının şahidi olmamışam. Amma komitə iclaslarında müzakirə olunan məsələlərə münasibətini bildirir. Onun seçiciləri ilə necə işlədiyi barədə də məlumatsızam. Amma Hacı Salayevin tərcümeyi-halı ilə tanış olarkən onun ali təhsil aldığını, Xüsusi İdarədə müxtəlif vəzifələrdə çalışdığını görmək olar. Hacı Salayev haqda məlumatlarda onun ABS-ın fəxri vətəndaşı olmasına da rast gəlmək olar. Hesab edirik ki, deputatlar millətin vəkilləri kimi vaxtaşırı öz fəaliyyətləri barədə ictimaiyyətə məlumatlar versələr, daha yaxşı olar”.

“Həm seçicisi, həm də parlament jurnalisti kimi onun Milli Məclisdə çıxış etdiyini görməmişəm. Ceyranbatanda yaşayıram, onun bir dəfə də olsun seçicilərlə görüşdüyünü və ya maraqlandığını görməmişəm”.

“Deputat olaraq fəaliyyətini çox passiv qiymətləndirirəm. Baxmayaraq ki, Hacı müəllimin namizəd olduğu Sumqayıt şəhərində kifayət qədər problemlər var, amma nədənsə deputat bu məsələləri parlamentdə qaldırmaq istəmir. Hacı Salayev mənim üçün jurnalistlərdən və seçicilərindən uzaq düşmüş deputatdır.”

Onu jurnalist və seçiciləri belə “tanıyır”. Bəs onun kənarda tanıdan hansı önəmli fəaliyyətləri var?

Deputatın çox “dərin” dosyesi
Deputat Hacı Salayevin, həqiqətən, maraqlı dosyesi varmış. 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2002-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. 1996-2002-ci illərdə Prezident yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti) hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olub. 2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək SOCAR prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib. 2010-cu ildən bəri Milli Məclisin deputatıdır. Maraqlı bir nüans da odur ki, o hətta ABŞ-ın fəxri vətəndaşıdır. Mətbuatda bir çox deputatlar kimi onun adı da biznes fəaliyyəti ilə hallanır.

Deputatın sahib olduğu biznes obyektləri sırasında ilk növbədə Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”in adı çəkilir. Çox yüksək qiymətlərin olduğu deyilən hotelə daha çox xarici turistlərin və yerli elitanın nümayəndələri gəlirlər. Məlumata görə həyətində göl olan “Lake Palace Hoteli”nin tikilməsinə və içinin bəzədilməsinə milyonlarla manat pul sərf edilib. Salayevin biznes şəbəkəsinə daxil olan obyektlərdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. Bir ara “Trust”un əməkdaşlarının mühafizə etdiyi “Pepsi-coca cola” şirkətindən oğurluq etdikləri açıqlanmışdı. Məlum olmuşdu ki, mühafizəçilər ordan böyük miqdarda “marqans” kimi tanınan kalium permanqanat maddəsi oğurlayıblar. Xəbərdə qeyd olunurdu ki, şirkət ilə “Trust” arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığı üçün işə hüquq-mühafizə orqanları qarışıb. Bundan sonra “Trust”da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb.

Millət vəkili bizneslə məşqul olmalıdır?

Deputatla bağlı medianın diqqətini çəkən bir məqam da onun övladlarının yaşadığı lüks həyat tərzidir. Deputatın oğlu Kənan milyarder Telman İsmayılovun qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub sonra isə boşanıb. Məlumatlara görə, Telman İsmayılovla qohum olandan sonra Hacı Salayev Türkiyədə də bir sıra biznes obyektləri açıb. O obyektlərdən biri deputatın oğlu “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayevin İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən “ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED” şirkətidir. Şirkət 2012-ci ilin iyunun 16-da qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti Mustafa Cevleyan idarə edir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.

Başqa bir xəbərə görə, deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir. Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi “Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti” də tikinti sahəsində fəaliyyət göstərir. Deputatın kiçik oğlu Turqut Salayev də avtomobil həvəskarı olduğu üçün, vaxtaşırı sosial şəbəkələrdə nümayiş etdirdiyi lüks avtomobilləri ilə gündəmə gəlib. Vaxtilə Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü “Auto.az” saytında açıq şəkildə göstərilmişdi. Eyni nömrənin bir neçə avtomobilə vurulması qadağan olsa da, deputatın oğlu eyni nömrəni həm “Range Rover”, həm də “Mercedes CL63″ə, 90-DD-010 nömrəsini qara rəngli “BMW X6”ya vuraraq paytaxt küçələrində şütüdüyü məlum olmuşdu.

Yaxın vaxtlarda mətbuatda belə maraqlı bir xəbər də yayıldı ki, deputat Hacı Salayev ona hamilik edən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yollarını ayırıb. Deyildiyinə görə, deputat Kamaləddin Heydərovun əleyhdarları ilə biznes ortaqlığı qurmağa başlayıb. FHN şefinin həmin əleyhdarları hazırda Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxın olan şəxslərdir. Qeyd edək ki, deputata məxsus mühafizə şirkəti uzun müddətdir FHN şefinin holdinqlərinin və obyektlərinin mühafizəsini həyata keçirir. Həmçinin Hacı Salayevin qardaşı general-mayor Baba Salayev də Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi vəzifəsində işləyir. Hələlik deputatla bağlı sizə çatdıracaqlarımız bu qədər.

Amma onun deputat fəaliyyəti ilə bağlı elə maraqlı bir məqam tapmadıq ki, onu da sizə təqdim edək. Nə etmək, görünür, Azərbaycan gerçəkliyində deputat mandatı daşımaq elə belə olur.

https://storage.googleapis.com/qurium/azadliq.info/230193.html




Ana səhifəyə qayıt        Baxış: 114          Tarix: 8-11-2019, 15:15      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent