Xəbər lenti

  

“Türkiyə prezidentinin ABŞ-a rəsmi səfərindən gözlənti böyükdü. Xüsusən də Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması və  qarşılıqlı iqtisadi münasibətlərin yenidən bərpa olması baxımından bu, çox önəmlidir”.

 

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Vaşinqtona səfərini şərh edən siyasi şərhçi Turan Rzayev deyib.

T.Rzayevin fikrincə, hazırkı şəraitdə ABŞ və Türkiyə yaxınlaşması ilk növbədə ABŞ tərəfi üçün maraqlıdı: “Bu baxımdan, Türkiyəyə təklif olunduğu iddia edilən 100 milyardlıq müqavilə olmasa da, uğurlu bir razılaşmanın əldə edildiyini düşünürəm”.

 

“Hər iki dövlətin güzəştə gedəcəyi müəyyən məqamlar olacaq”

Amerika-Türkiyə prezidentlərinin görüşü ilə bağlı politoloq Kənan Paşayev isə deyib ki,  Trampla Ərdoğanın görüşündə hər iki dövlətin güzəştə getdiyi müəyyən məqamlar var: “Yeganə uzlaşma əldə edilməyən məsələ S-400 raketləri ilə bağlı olan məsələdir ki, bunun da həlli zaman tələb edir. Bir də ki, Türkiyə ABŞ-ın S-400-lə bağlı tələbini yerinə yetirsə belə, Amerika yenə terrorçulara dəstəyini davam etdirəcək. Amerika heç vaxt yaratdığı təşkilatları yalnız buraxmaz”.

 

“İki NATO nəhəngi arasında münasibətlərin düzəlməsi inandırıcı deyil”

Politoloq Kamran Sultanlı da fikirlərini bölüşüb: “Ərdoganla Trampın görüşü dialoq baxımından vacibdir. Lakin bu görüşdən sonra iki NATO nəhəngi arasında münasibətlərin düzəlməsi inandırıcı deyil. Çünki ortada ciddi bir inamsızlıq formalaşıb. Bunu isə qısa zamanda düzəltmək asan deyil. Təbii, Ərdoğan bu səfərlə göstərdi ki, Vaşinqtonla körpülərin yandırılmasını istəmir və bu səfərlə gərginliyi azaltmağa çalışır”

 Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 407          Tarix: 15-11-2019, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma