Xəbər lenti

 

Bu il ölkə ərazisində 60 modul tipli məktəb və 100 tam orta məktəb istifadəyə veriləcək. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib. Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva isə jurnalistlərə ötən tədris ilində 15 məkltəb direktorunun işdən azad olunduğunu bildirib.

Ölkədə bütün ümumtəhsil müəssisələri yeni tədris ilinə tam hazırdır. Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istifadəyə veriləcək orta məktəb də sentyabrın 15-dən etibarən tədris bərpa olunacaq. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, hazırlıq işləri çərçivəsində 4 mindən çox müəllim yeni işə qəbul olunub. Mikayıl Cabbarov bu il bir neçə yeni məktəbin də istifadəyə veriləcəyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov test imtahanlarının ləğv ediləcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib. O bildirib ki, sentyabrın 9-da hər iki qurumun rəhbər heyəti və ekspertlərin iştirakı ilə işçi görüşlər keçirilib. Müvafiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən və təklif olunan formata dair məlumatlı olacaq.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə jurnalistlərə bildirib ki, ötən tədris ilində Bakıda 15 məktəb direktoru işdən çıxarılıb, 3 iş prokurorluğa göndərilib. Məhəbbət Vəliyeva bəzi məktəblərdə şagird sıxlığının olduğunu da deyib.

Məhəbbət Vəliyeva ibtidai siniflərdə iş dəftərlərinin məcburi şəkildə satılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ibtidai siniflərdə iş dəftərlərinin alınması ilə bağlı heç bir məcburiyyət tətbiq etməyib. Bu, uşaqların müstəqil işi üçün lazım olan tapşırıq dəftəridir.




Ana səhifəyə qayıt        Baxış: 1 488          Tarix: 11-09-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma