Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 11 sentyabr tarixli fərmanı ilə Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

 Naxcivantv.az-ın məlumatına görə, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilsin.”

Xatırladaq ki, Elvin Axundov bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin  Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.




Ana səhifəyə qayıt        Baxış: 2 125          Tarix: 12-09-2017, 00:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma