Xəbər lenti
7-12-2018, 18:32

  

Kürdüstan Demokratik Kürd Partiyası (KDP), Kürdüstan Vətənpərvər Birliyi və Kürd İslam Birliyi (Yekqırtu) sabah Kərkükdə referendum keçiriləcəyini açıqlayıblar.

Ovqat.com kürd mətbu orqanı “Rüdaw”-a istinadən xəbər verir ki,  həmin 3 partiya nümayəndələrinin yüksək iştirakı ilə keçirilən toplantıya Kərkük administrasiyasının rəsmiləri də qatılıblar.

Kürd partiyalarının bu inadkarlığı artıq regional təpkilərə də yol açıb. İlk ciddi reaksiya İrandan gəlib. Bildirildiyinə görə, İran, rəsmən, Ərbil və Süleymaniyə şəhərlərinə təyyarə səfərlərini dayandırıb.

İran Yüksək Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrov da faktı təsdiq edib və toplantının Bağdadın tələbi ilə keçirildiyini bildirib.

Bölgədən gələn digər xəbərlərə görə, Kərkükdə vəziyyət getdikcə gərginləşir. Bir neçə gün əvvəl Kərkükün müxtəlif məntəqələrinə qoşun yeridən İraq mərkəzi hakimiyyətinin bu addımına qarşı kürd peşmərgələri döyüşə hazır vəziyyətə gətirilib. Kərkük polisi də gücləndirilmiş iş rejiminə keçib.

Kritik vəziyyətin hər an ağır qarşıdurmalarla nəticələnəcəyindən ehtiyat edilir.

Az öncə Şimali İraq Kürd Muxtariyyatlığının lideri Məsud Bərzani televiziya ilə çıxış edib və kürd xalqının sabah öz sözünü deyəcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 175          Tarix: 24-09-2017, 19:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent