Xəbər lenti

  

Azərbaycan prezidenti İlham Əliyev “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

“Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə barədə məlumat verib. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib.

 

Bildirilib ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib.

 

Sonra prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.




Ana səhifəyə qayıt        Baxış: 1 765          Tarix: 2-10-2017, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma