Xəbər lenti

  

Rusiya və Səudiyyə Ərəbistanı S-400 hava müdafiə sisteminin alınması ilə bağlı razılığa gəliblər.

Ovqat.com xəbər verir ki, bunu RİA Novosti agentliyinə açıqlama verən Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Agentliyinin nümayəndəsi Mariya Vorobyeva bildirib.

Vorobyeva qeyd edib ki, Səudiyyə Ərəbistanının imzaladığı müqavilədə S-400 sistemləri ilə yanaşı, Kornet-EM modeli anti-tank raketləri, TOS-1A ağır atəşaçma sistemləri, AGS-30 bombaları və AK -103 avtomatlarının alınması da var.

Anlaşma memorandumunda S-400-lərdən başqa digər silahların istehsalının Səudiyyə Ərəbistanına köçürməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının S-400 silahlarını almasıyla Yaxın Şərqin havadan müdafiəsi Rusiya silahlarına həvalə ediləcək. Bir tərəfdən İran, digər tərəfdən isə Türkiyə və Səudiyyə Ərəbistanının bu silahlarla təchizatından sonra digər körfəz ölkələrinin də S-400 alacaqları gözlənilir. Beləcə, regionda yalnız İsrail “Patriot”ların ümidinə bel bağlayacaq.

Nəzərə alsaq ki, S-400-lər “Patriot”lardan daha müasir texnologiyaya sahib havadan müdafiə sistemi hesab olunur, İsrailin düşmənlə əhatə olunmuş bir coğrafiyada bu qədər zəif vəziyyətə düşməsi ilk baxışdan qəribə görünə bilər. Mütəxəssislər isə bu “qəribəlik”də heç bir qeyri-adilik görmürlər. Onların fikrincə, körfəz ölkələrinin S-400 batareyalarıyla donatılması (təchiz olunması) ilk növbədə Tel-əvivin təhlükəsizlik maraqlarına uyğundur. Çünki Tel-əviv əsas təhlükəni İrandan gözləyir və İran vaxtaşırı sınaqdan çıxartdığı ortamənzilli raketlərlə bu əndişəni günbəgün artırır. Bu iki dövlət arasında təbii bufer zonaya çevrilən körfəz ölkələrində qurulacaq S-400-lər şərqdən atılacaq istənilən raketləri zərərsizləşdirməklə əslində İsraili qoruyacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 772          Tarix: 9-10-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma