Xəbər lenti

 

“NATO-nun Rusiya və Çin ilə dialoq içində olması lazımdır. Biz yeni soyuq müharibə istəmirik”.

Ovqat.com xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Cens Stoltenberq bildirib.

Yaponiyanı ziyarət edən Stoltenberq NATO-Rusiya Şurasının fəaliyyətinin davam etdirilməsindən yana olduqlarını da gizlətməyib.

Rusiyanı və Çini təcrid etmək istədiklərini deyən Stoltenberq qeyd edib ki, “Rusiya bizim qonşumuz. Görüş ayrılıqlarımız olanda oturub məsələləri müzakirə edərək, yoluna qoymalıyıq”.

Rusiyanın Sputnik xəbər agentliyi vasitəsilə yayılan bu xəbərin nə qədər doğru olub olmadığı yaxın saatlarda bilinəcək. Əgər doğrudan da NATO-nun Baş katibi bu cür sözlər deyibsə, həmin açıqlama birmənalı qarşılanmayacaq. Bu günə qədər Qara dəniz hövzəsində Rusiyanı sıxışdıran, Balkanlarda  və Baltikyanı ərazilərdə öz hərbi qüvvələrini möhkəmləndirən, təyyarə və gəmiləriylə rus ordusunu təhdid edən NATO-nun birdən-birə sülhpərvər çağırışlarla dialoq təklifində bulunması yeni taktiki dəyişiklikdən xəbər verir. İndiyə qədər NATO-ya güvənib Rusiyayla kəllə-kəlləyə gələn Şərqi Avropa ölkələrindən Stoltenberqin bu fikirləri “ağ bayraq” kimi də görünə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 337          Tarix: 1-11-2017, 00:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma