Xəbər lenti

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib.

Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin."




Ana səhifəyə qayıt        Baxış: 2 535          Tarix: 15-11-2017, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma