Xəbər lenti

 

"Oğrudan oğruya halaldır" - Azərbaycan atalar sözü

Səudiyyə Ərəbistanında oliqarxlara hətta bizi belə geridə qoyan cəza metodu tətbiq edilməyə başlanılıb.

Ovqat.com xəbər verir ki, bir müddət əvvəl yeni şahzadə Məhəmməd bin Salmanın korrupsiyaya qarşı mübarizə adı altında 5 ulduzlu otelə həbs etdirdiyi vəliəhd və nazirlərlə sövdələşməyə getdiyi açıqlanıb.

Məlumata görə, kim öz mülkiyyətindən yeni şahzadənin nəfinə imtina edirsə, azadlığa buraxılır. Artıq məhbuslardan bəzilərinin azad edildiyi də gələn xəbərlər arasındadır.

Bildirilir ki, şahzadənin təklifiylə razılaşanlardan birinin hesabından milyonlarla dollar başqa hesaba yatırılıb. Bir başqa oliqarx isə azadlığını 4 milyarda satın alıb.

Oliqarx və iri məmurların tamamilə "lümpenləşdiriləcəyi" güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 501          Tarix: 17-11-2017, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma