Xəbər lenti

 

“Belə görsənir ki, ölkənin maliyyə naziri də, baş bankiri də büdcə tərtibi prosesinə təsir etmək gücündə deyillər...”

Ovqat.com xəbər verir ki, bu maraqlı iddianı ADR hərəkatının lideri Qubad İbadoğlu irəli sürüb.

Hərəkat sədri özünün facebook səhifəsində paylaşdığı statusda hər iki rəsmin şəxsin bəri başdan bəzi bəyanatlar verərək ölkədə yürüdülən maliyyə siyasətinin ağır nəticələrinin məsuliyyətindən yaxa qurtarmağa çalışdığını da istisna etmir.

Qubad İbadoğlunun normal ölkələrdə gündəmi dəyişdirəcək gücündə olan statusunu dəyərli Ovqat.com oxucularına təqdim edirik:

“Maliyyə naziri deyir ki, daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər: “Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın, neftin satışından əldə olunan gəlirlər isə ehtiyat saxlanmalıdır. Çünki ehtiyatlara çətin dövrlərdə ehtiyac olur”.

Mərkəzi Bank sədri açıqlama verir ki, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı deyil.

Hər ikisi büdcənin nef pulları vasitəsilə doldurulmasının əleyhinə danışır, amma parlamentə təqdim etdikləri büdcə layihəsinin mədaxilinin hər 5 manatından 3-nün neft gəlirləri hesabına formalaşdırılmasını təklif edirlər.

Belə görsənir ki, ölkənin maliyyə naziri də, baş bankiri də iqtisadiyyatda nələr baş verdiyini gözəl bilirlər, lakin büdcə tərtibi prosesinə təsir etmək gücündə deyillər, bəs, görəsən, onda büdcəni kim və harda hazırlayıb? Yoxsa, hər iki iqtisadçı parlamentdə oxşar bəyanatlar verməklə gələcək Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ proseslərin məsuliyyətindən azad olmaq üçün özlərini indidən sığortalamaq istəyirlər?




Ana səhifəyə qayıt        Baxış: 1 827          Tarix: 25-11-2017, 08:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma