Xəbər lenti

 

“Sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti ilə bağlı problemlər uzun illərdir ki, məlumdur. Şəkərli diabed dövrümüzün ən geniş yayılmış xəstəliklərindəndir. Amma onun barəsində bir çox xoşagəlməz fikirlərlə razılaşa bilmərəm”.

Ovqat.com xəbər verir ki, bu sözləri vergi problemlərini araşdırmaqla məşğul olan iqtisadçı ekspert Elçin Qurbanov Fazil Məmmədovun istefaya getməsini şərh edərkən bildirib.

Ekspert son vaxtlar Vergilər Nazirliyinin 195 çağırış xidmətinin və digər xidmət sturukturlarının keyfiyyət səviyyəsi nəzərə çarpacaq dərəcədə pisləşməsini qəbul etsə də, bunların bir nazirin istefaya göndərilməsi üçün kifayət qədər ciddi əsas vermədiyini düşünür:

“Vergi təzyiqləri ilə bağlı problemlər yaşanırdısa, bu, problem heç də nazirin iradəsi ilə bağlı deyil, dövlətin iqtisadi siyasəti ilə bağlı məsələlərdir. Yəni, siyasi hakimiyyətin mövqeyini əks etdirir.

Sözsüz ki, sabiq nazirin rəhbərlik etdiyi qurum süddən çıxmış ağ qaşıq deyildi. Bununla belə, Azərbaycanda elə nazirlik və komitə yoxdur ki, Verglər Nazirliyi qədər struktur dəyişikliyi həyata keçirilsin. Demək olar ki, hər ay geniş tənzimləyici reformalar həyata keçirilirdi”.

 

Fazil Məmmədovun vəzifədən kənarlaşdırılmasının heç də iş bacarığı ilə bağlı olmadığını düşünən Elçin Qurbanovun fikrincə, Vergilərin üzərinə düşən yük indiki sosial-iqtisadi mühiti düzgün təşviq etmir. Büdcə layihəsində vergi yükünün təxmin edilən ÜDM-də 11,4 faiz təşkil edəcəyi bildirilsə də qeyri-neft sektorunda və xüsusilə də özəl sektorun üzərinə düşən vergi yükünün 12.66 faiz olması danılmazdır. Əgər dünyada baş verən iqtisadi tərəddüdlərin nəticələri Azərbaycanın xeyrinə olmasa, vergi yükünün sahibkarlıq sektoru üzərindəki payı 20 faiz və daha artıq ola bilər. Bu da vergi yığımlarını ciddi şəkildə çətinləşdirər. Vergilər iqtisadi mühitə uyğun olmayacaq ölkəni tərk edən sahibkarların sayı daha da artar. Sabiq nazir rezervlərin getdikcə tükəndiyini və gələcəkdə bu sahənin daha da ağır problemlərlə üzləşəcəyini yaxşı bilirdi. Mən hesab edirəm ki, həm səhhətində yaranmış problemlər, həm real vəziyyət və öz postundan uzaqlaşdırılması məsələsi onun istəyi ilə üst –üstə düşürdü. Normal insan bu hadisəni təbii qəbul etməlidir”.

 Elçin Qurbanov Fazil Məmmədovun Baş nazir postuna irəli sürülə biləcəyi ehtimalına da eyham vuraraq deyib:

“Hadisələri qabaqlamağa tələsmək lazım deyil. Mən bildiyimə görə, sabiq vergilər nazirinin, baş nazir postuna gətiriləcəyi də gözləniləndir”.

O ki qaldı sabiq Təhsil nazirinin Vergilər naziri kimi gələcək fəaliyyətinə, ekspert hesab edirəm ki, sahibkarların narahat olmasına heç bir əsas yoxdur: “Çünki Mikayıl Cabbarov vergi sahəsində fəaliyyət göstərən əksəriyyət insanlardan daha humanist bir adamdır. Sevinmək lazımdır ki, nazir postuna Vergilər nazirliyində yüksək vəzifə tutan , adı korrupsiya və digər cinayətlərdə hallanan amansız şəxs təyin olunmayıb. Fikrimcə hələlik daha proqressiv nəsə gözləmək ağılabatan deyil!”




Ana səhifəyə qayıt        Baxış: 3 035          Tarix: 7-12-2017, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma