Xəbər lenti

  

“ABŞ-la müharibə ehtimaldan çıxıb, zərurətə çevrilib. Qarşıda artıq bir sual dayanır: müharibə nə zaman başlayacaq?”

Ovqat.com xəbbər verir ki, bu sözləri Şimali Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yetkilisi bildirib.

Diplomatın sözlərinə görə, ABŞ və Cənubi Koreyanın regionda 230 təyyarə ilə reallaşdırdığı 'Açıqgöz' adlı hərbi manevri nüvə müharibəsini qaçılmaz hala gətirə bilər: "Son zamanlar ABŞ Koreya yarımadasında indiyə qədərki ən böyük hava manevrini keçirərək, Şimali Koreyanı hədəfə alır. ABŞ-ın ən yüksək rəsmiləri  bir-birinin ardınca davakar şərhlər verərək, bizə həyəcan siqnalları göndərirlər. Bu aqressiv ritorika Koreya yarımadasında müharibə hazırlığı xəbərdarlığından başqa bir şey deyil".

Diplomat müharibə istəmədiklərini, amma döyüşdən çəkinmədiklərini də bildirərək, sahib olduqları nüvə gücünü Vaşinqtona xatırladıb: “ABŞ bizim səbrimizlə oynamasın və bir nüvə müharibəsinin fitilini alışdırmaq imkanımızı unutmasın. Davamlı olaraq güçləndirdiyimiz nüvə gücümüzlə ABŞ-a ağır bir bədəl ödətdirə bilərik”.

Qeyd edək ki, ötən həftə rəsmi Pxenyan sınaqdan çıxartdıqları son ballistik raketlərlə Amerika qitəsini vura bilmək potensialına qovuşduqlarını bildirmişdi.

Şimali Koreyanı ABŞ-a nüvə təhdidi göndərəcək qədər narahat edən “Açıqgöz” hərbi manevri sabah sona çatacaq. Manevrdə ABŞ-ın 2 ədəd “B-1B” tipli atom bombardıman təyyarəsi də yer alır. Pxenyan isə bunu ABŞ-ın Şimali Koreyaya nüvə təhdidi kimi qəbul edir.




Ana səhifəyə qayıt        Baxış: 1 236          Tarix: 8-12-2017, 00:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma